Bakıda nüvə enerjisi ilə bağlı beynəlxalq konfrans keçiriləcək
Noyabrın 8-dən 10-dək Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində AMEA Radiasiya Problemləri İnstitutunun təşkilatı dəstəyi ilə “Nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi perspektivləri” mövzusunda beynəlxalq konfrans keçiriləcək. Lent.az-ın AMEA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, üç gün davam edəcək konfransda dünyanın bir sıra ölkələrindən, o cümlədən Türkiyə, Rusiya, Avstriya, Koreya və başqa ölkələrdən alimlərin gəlməsi gözlənilir.
Beynəlxalq tədbirdə həmçinin dünyanın qabaqcıl elmi mərkəzlərində nüvə enerjisi sahəsində çalışan əslən azərbaycanlı olan alimlər də məruzələrlə çıxış edəcəklər. Konfransda nüvə enerjisinin status və perspektivləri, nüvə enerjisinin çevrilməsi prosesi və istifadə sahələri, radiasiya materialşünaslığı (radiasiya kimyası, radiasiya fizikası, bərk cisimlərdə radiasiya effektləri), respublikada nüvə və radiasiya təhlükəsizliyinin mövcud problemləri, radioekoloji durum, problemlər və onların həlli yolları mövzularında məruzələr dinləniləcək, müzakirələr aparılacaq.
Plenar məruzələrdən sonra Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə iqlim dəyişikliklərinə həsr edilmiş film nümayiş etdiriləcək.

812