8,2 milyon ağac və kol bitkisi əkilib
Bunlardan 7161 min ədədi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeli qurumlarının əməkdaşları tərəfindən əlavə vəsait xərclənmədən, yəni nazirliyin daxili imkanları hesabına həyata keçirilib.
Nazirliyin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, həmin dövrdə əkilmiş ağac və kol bitkilərinin 1005 min ədədi Bakı şəhəri və ətraf ərazilərin, 6156 min ədədi isə regionların payına düşür. Bakı və ətraf ərazilərdə yeni əkin mövsümünün əvvəlində, qızmar yay aylarından əkinlərin vəziyyəti araşdırılıb. Bu il havaların həddindən artıq isti və quraq keçməsinə baxmayaraq, əkilmiş ağac və kolların orta hesabla 73 faizdən çoxu normal inkişaf edib. Hazırda nazirliyin mütəxəssisləri tərəfindən ölkənin kənd rayonlarındakı ərazilərdə əkinlərin vəziyyətini araşdırmanda davam edir.
Bundan başqa, Rayon İcra Hakimiyyətləri, müxtəlif nazirliklər və digər təşkilatlar tərəfindən ümumilikdə 1066,6 min ədəd ağac və kol bitkisi əkilib. Bunun 535,8 min ədədi Bakı şəhəri və ətraf ərazilərin, 530,8 min ədədi isə regionlarının payına düşür. Həmçinin Nəqliyyat Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti, Meliorasiya və Su Təsərrüfatı ASC və digər dövlət qurumları da yaşıllıq sahələri yaradıb.
Elxan SALAHOV

745