Buludlu hava şəraiti davam edəcək
Bakıda və Abşeron yarımadasında oktyabrın 25-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, gündüz arabir açılacağı, əsasan yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya bildirib ki, axşam yarımadanın bəzi yerlərində zəif çiskin olacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək, havanın temperaturu gündüz 17-19 , axşam 14-16 dərəcə isti olacaq.
Oktyabrın 26-da buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 12-15, gündüz 16-18 dərəcə isti olacaq.
Oktyabrın 27-də səhər və axşam havanın tutqun, gün ərzində dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər zəif duman olacaq, cənub küləyi əsəcək. Havanın temperaturu gecə 12-15, gündüz 17-19 dərəcə isti olacaq.
Oktyabrın 28-də hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 13-16, gündüz 17-20 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında oktyabrın 26-da hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə duman olacağı, arabir çiskinli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 13-16, gündüz 18-23, dağlarda gecə 3-6, gündüz 10-15 dərəcə isti olacaq.
Oktyabrın 27-də gecə və səhər saatlarında bəzi yerlərdə yağış yağacağı, oktyabrın 28-də gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Oktyabr 28-də gündüz bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 12-16, gündüz 19-24, dağlarda gecə 3-6, gündüz 12-17 dərəcə isti olacaq.
Yaxın 3 gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da əksər meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

674