2 minə yaxın gəncə səsvermə qaydaları öyrədilib
Nazirliyin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, 60-a yaxın rayon və şəhərlərdə təşkil olunan seminarlar ötən həftə ərzində (18-22 oktyabr) Şamaxı, Qaradağ, Xətai, Kürdəmir, Şəmkir, Göyçay, Ağdaş, Ağsu, Xızı, Ağstafa Naftalan və Ağdam rayonlarında rayonlarda gerçəkləşib. Seminarlarda nazirliyin məsul əməkdaşları, Dairə və Seçki Komissiyalarının, Məntəqə Seçki Komissiyalarının nümayəndələri, ictimai fəal gənclər və ziyalılar iştirak iştirak ediblər.
Seminarlar zamanı ilk dəfə səs verən gənclərə Milli Məclisə seçkilərin tarixi, Milli Məclisə seçkilərin keçirilməsinin qanunvericilik əsasları, seçki günü səsvermə proseduru haqqında məlumat verilib, gəncləri maraqlandıran suallar cavablandırılıb.
Seminarların sonunda Gənclər və İdman Nazirliyinin nəşr etdiyi “Milli Məclis – Qanunverici Orqan” yaddaş kitabçası gənclərə paylanıb. Bundan başqa Polis şöbələrinin əməkdaşlarının iştirakı ilə bir qrup gəncə şəxsiyyət vəsiqələri təqdim edilib. Ümumilikdə ötən həftə keçirilmiş seminarlarda 2000-ə yaxın gənc iştirak edib.
Elxan SALAHOV

888