Baş pediatr: “Özəl tibb müəssisələrində doğuşun əleyhinəyəm”
Bunu APA-ya açıqlamasında respublikanın baş pediatrı Nəsib Quliyev deyib. Baş pediatrın sözlərinə görə, köklü ənənələrə malik, hazırda təchizatı və təminatı yüksək səviyyədə olan dövlət tibb müəssisələrinin həm yükü, həm də gördüyü iş özəl klinikalardan fərqlənir. N. Quliyev özəl tibb müəssisələrində doğuşların əleyhinə olduğunu da bildirib: “Şəxsən mən özəl tibb müəssisələrində doğuşa yardımın tərəfdarı deyiləm. Bəzi özəl tibb müəssisələri hətta yaşayış binalarının aşağı mərtəbəsində uyğunlaşdırılmış şəraitdə doğuş qəbul edir”.
Mütəxəssisin sözlərinə görə, əslində Səhiyyə Nazirliyinin tərtib etdiyi qaydalarda bu məsələ tənzimlənib, doğuşa yardım xidmətində səviyyələr müəyyən edilib: “Özəl tibb müəssisələrinin yalnız normal doğuşları qəbul etmək imkanı var. Doğuşda, hamiləlikdə risk olan bütün hallarda isə hamilələrin dövlət tibb müəssisələrində yerləşməsi tövsiyə olunur”.
Tələblərə cavab verməyən özəl tibb müəssisələrinin fəaliyyətinə gəldikdə, baş pediatrın bu məsələnin nazirlik tərəfindən tənzimləndiyini qeyd edib: “Həmin müəssisələrin lisenziyası alınır, onlar qayda-qanuna dəvət olunurlar. Əminəm ki, çox qısa zamanda bu məsələlər həllini tapacaq”.

Oxşar yazılar

İyulun 12-dən bu BÜRCƏ yeni həyat vəd edildi
12 iyul 2025 , 18:37
Afrikanın dörd ən zəngin adamının sərvəti qitə əhalisinin yarısından çoxdur
12 iyul 2025 , 17:25
Bu 4 tarixdə doğulan insanlar həyatda uğur qazanırlar
12 iyul 2025 , 16:10
XƏBƏRDARLIQ: Yaxın saatlarda maqnit qasırğası başlayacaq
12 iyul 2025 , 12:29
"Sputnik Azərbaycan"nın rəhbərliyi FSB ilə əməkdaşlıq edib - BƏYANAT
12 iyul 2025 , 12:22
Sabah dəhşət isti olacaq
12 iyul 2025 , 12:12
Pul və ya miras: həftənin sonunda hansı BÜRCLƏRİN bəxti gətirəcək
12 iyul 2025 , 09:09