“YouTube”da “GTM xəbərləri” fəaliyyətə başlayır
22 oktyabr 2010 11:08 (UTC +04:00)

“YouTube”da “GTM xəbərləri” fəaliyyətə başlayır

Mərkəz sürətlə inkişaf edən informasiya məkanında multimedia məzmuna malik məlumatların əhəmiyyətini nəzərə alaraq, məşhur video paylaşım saytı olan “YouTube”da “GTM TV”-nin və onun təqdimatında “GTM xəbərləri”nin yayılmasına başlayır.

“GTM TV” tərəfindən hazırlanan və növbəti həftədən işıqlandırılmağa başlanan xəbərlərdə Mərkəzin həftəlik yenilikləri, gördüyü işlər, elanları və digər məlumatları yer alacaq. Bununla yanaşı “GTM TV”də Mərkəzin fəaliyyəti ilə bağlı digər video görüntüləri də izləmək mümkün olacaq.

Qeyd edək ki, xəbərlər hər həftə istifadəçilərin ixtiyarına veriləcək.

Mərkəzin “YouTube” kanalına birbaşa aşağıdakı ünvandan daxil olmaq mümkündür:

http://www.youtube.com/ECYTV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 622

Oxşar yazılar