MDB ölkələrinin elm və yaradıcı ziyalılarının V Forumu keçirilib
22 oktyabr 2010 10:21 (UTC +04:00)

MDB ölkələrinin elm və yaradıcı ziyalılarının V Forumu keçirilib

Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin Nəşriyyat sektorunun müdiri, MDB ölkələri “Dövrü mətbuat, kitab nəşri, kitab yayımı və poliqrafiya” məsələləri üzrə Dövlətlərarası Şurasının sədri, şair Çingiz Əlioğlu, Turizm İnstitutunun rektoru Cəfər Cəfərov, Dövlət Filarmoniyasının direktoru Murad Adıgözəlzadə, Milli Konservatoriyanın prorektoru Gülnaz Abdullazadə və Azərbaycan Milli Elmlər Akademiyasının müxtəlif institutlarını təmsil edən bir qrup gənc alim iştirak edib.

Nazirlikdən Lent.az-a verilən məlumata görə, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun binasında tədbirin təntənəli açılış mərasimi keçirilib. Açılış mərasimində Rusiya Federasiyasının prezidenti Dmitri Medvedev çıxış edərək iştirakçıları salamlayıb.
Ukraynalı məşhur alim Boris Yevgenyeviç Paton və Rusiya Federasiyasının Təhsil və Maarif naziri Fursenko Andrey Aleksandroviç gənc alimlər müsabiqəsində qaliblərə müxtəlif mükafatlar təqdim ediblər.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu prezident İlham Əliyevin təbrik məktubunu oxuyub.

Bir neçə çıxışdan sonra forum iştirakçıları elmin, ictimai həyatın, yaradıcılığın müxtəlif sahələrini ehtiva edən 10-a qədər palataya bölünərək 2 gün ərzində plenar iclaslarda müzakirələr aparıblar. Əsas mövzusu “İnnovasiya mədəniyyətinin yüksəlişində və cəmiyyətin inkişafında KİV və ədəbiyyatın rolu” olan “KİV, ədəbiyyat və nəşriyyat fəaliyyəti” palatasının iclaslarına rəhbərlik həmyerlimiz Çingiz Əlioğluna həvalə edilib.


2 gün ərzində Moskva Dövlət Universitetində, “Ria-Novosti”, İTAR-TASS və digər təşkilatlarda görüşlər keçirilib.

Tədbirin sonuncu günü səfir P.Bülbüloğlu və Rusiya prezidentinin nümayəndəsi M.Şvıdkoyun sədrliyi ilə forumun yekun iclası keçirilib. Yalnız palata sədrlərinin çıxış etdiyi bu iclasda Çingiz Əlioğlu da çıxış edərək, palatada iclasların keçirilməsi barədə məlumat verib, yekun sənəd üçün təkliflər səsləndirib.

Xəyalə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 598

Oxşar yazılar