Ərzaq məhsulları 5,2 faiz bahalaşıb
Dövlət Statistika Komitəsindən Lent.az-a bildiriblər ki, hesabat dövründə nəqliyyat, xarici və daxili ticarət, tikinti sektorunda da artım müşahidə olunub. Bu ilin ötən 9 ayı ərzində inşaat kompleksinə 15 faizə yaxın kapital qoyulub. Əhalinin gəlirləri 11 faizə yüksəlib, inflyasiya isə 5,2 faizə çatıb.
Komitənin hesablamalarına görə, ilin geridə qalan dövründə Azərbaycanda ən çox bahalaşma ərzaq məhsullarında qeydə alınıb. Belə ki, ötən 9 ayda ən çox istifadə olunan ərzaq məhsullarının qiymətlərində ümumilikdə 5,2 faiz artım müşahidə olunub. Ərzaq məhsulları arasında isə ən çox qiymət artımı ət, yumurta, çörək, kartof, soğan və digər gündəlik tələbat mallarında baş verib.
Elxan SALAHOV

721