Quş ovuna qadağa götürüldü
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq İdarəsindən Lent.az-a verilən məlumata görə, qərar baş nazirin birinci müavini Yaqub Eyyubovun sədrliyi ilə “Azərbaycan Respublikasında quş qripi xəstəliyinin qarşısının alınması və bu sahədə bütün qurumların birgə fəaliyyətinin əlaqələndirilməsi üzrə Dövlət Komissiyası”nın iclasında qəbul edilib. Qərara əsasən, ölkə ərazisində çöl quşlarının ovlanmasına qoyulmuş qadağa xüsusi göstəriş olanadək götürülüb.
Komissiya Kənd Təsərrüfatı, Ekologiya və Təbii Sərvətlər, Səhiyyə nazirliklərinə, digər müvafiq qurumlara tapşırıb ki, ölkədə “quş qripi” ilə əlaqədar vaxtaşırı monitorinqlərin aparılması, müvafiq nəzarət tədbirləri bundan sonra da davam etdirilsin.
Xatırladaq ki, Nazirlər Kabinetinə ölkədə quş ovuna qadağanın götürülməsi barədə müraciəti Azərbaycan Ovçular Cəmiyyəti bu ilin avqustunda göndərmişdi. Dövlət Baytarlıq Xidməti həmin müraciətə rəyində qadağanın ləğvinə etiraz etmədiyini qeyd etmişdi.
Elxan SALAHOV

724