İş axtaranlara xoş xəbər
20 oktyabr 2010 19:59 (UTC +04:00)

İş axtaranlara xoş xəbər

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün yeni müsabiqə və müsahibə elan edib. Komissiyadan Lent.az-a bildiriblər ki, 23 dövlət orqanında inzibati vəzifələrin altıncı - doqquzuncu təsnifatlarına uyğun olan 445 vakant dövlət qulluğu vəzifələrinin tutulması üzrə müsabiqə və müsahibə oktyabrın 21-dən başlayır. Mərkəzi icra hakimiyyəti orqanlarının mərkəzi aparatları və yerli təşkilatlarında olan vakant dövlət qulluğu vəzifələrindən 378-i müsabiqəyə, 67-si isə müsahibəyə çıxarılır.

Müsabiqəyə çıxarılmış vakant dövlət qulluğu vəzifələrinin tutulma prosesi iki mərhələdən – test imtahanı və müsahibə mərhələlərindən ibarətdir. Müvafiq vəzifənin tələblərinə uyğun gələn, ali təhsilli hər bir Azərbaycan Respublikasının vətəndaşı müsabiqədə iştirak edə bilər. Müsabiqənin test imtahanı zamanı namizədlərin dünyagörüşü, qanunvericilik, informasiya texnologiyaları və məntiqi düşünmə qabiliyyəti sahəsində aşağıda qeyd olunan sahələr üzrə bilikləri yoxlanılacaq.

Müsahibəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrinin tutulmasında həmin dövlət orqanında və ya digər dövlət orqanında həmin inzibati vəzifənin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə çalışan dövlət qulluqçuları, azı 5 il qulluq stajı olan və dövlət orqanında həmin vəzifənin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə çalışmış şəxslər iştirak edə bilərlər. Müsabiqədə iştirak edənləri öz sənədlərini 30 gün, müsahibədə iştirak etmək arzusunda olan Azərbaycan Respublikası vətəndaşları isə 20 gün müddətində komissiyaya şəxsən və ya poçtla təqdim etməlidir.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 748

Oxşar yazılar