Azərbaycanın ən yaşlı energetiki: «Uzun illər yoldaşlıq etdiyim elektriklə işləməyə ehtiyatlanıram»
20 oktyabr 2010 18:10 (UTC +04:00)

Azərbaycanın ən yaşlı energetiki: «Uzun illər yoldaşlıq etdiyim elektriklə işləməyə ehtiyatlanıram»

Lent.az-ın «Azərenerji» ASC-dən əldə etdiyi məlumata görə, bu şəxs səhmdar cəmiyyətinin vitse-prezidenti Marlen Əsgərovdur. 1950-ci illərin əvvəllərindən Azərbaycanın energetika sektorunda çalışan M.Əsgərov hazırda «Azərenerji» strukturunda işləyən yeganə ən yaşlı və çoxillik təcrübəyə malik mütəxəssis sayılır.

M. Əsgərov isə Lent.az-a deyib ki, əsas fəaliyyəti Mingəçevir SES-də olub. Uzun illər – stansiyanın fəaliyyətə başladığı dövrlərdən orada çalışıb: «Əvvəllər evdə-eşikdə elektriklə bağlı məsələləri özüm həll edərdim. Nə isə sıradan çıxarsa düzəldər, naqilləri çəkər, problemləri aradan qaldırardım. Artıq əllərim əsir, gözüm zəifləyib. İndi uzun illər yoldaşlıq etdiyim elektriklə işləməyə ehtiyatlanıram. Evdə əvvəlki kimi elektriklik edə bilmirəm».

M.Əsgərov ötən əsrin 50-80-ci illərində gənclərin bu sahəyə maraqla işləməyə gəldiklərini, amma son illər energetika fakültələrini bitirənlərin əksəriyyətinin energetika sektorundan anlayışsız olduqlarını söyləyib.

Rəşad
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 676

Oxşar yazılar