Xəzər dənizində yaşayış məntəqələri salınacaq
Azərbaycanda Xəzər dənizinin ərazisinin bir hissəsinin mənimsənilməsi yolu ilə yeni yaşayış məntəqələrinin salınması üzrə investisiya layihələri hazırlanıb.
Bu barədə «APA-ECONOMICS»ə açıqlamasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini Dövlətxan Dövlətxanov məlumat verib.
Sədr müavini bildirib ki, bu məqsədlə bir neçə variant nəzərdən keçirilir. Bunlardan biri Bakı Bulvarının genişləndirilməsi ilə bağlıdır: «Bu varianta əsasən, dənizdə dirəklərin yerləşdirilməsi və bunun hesabına dənizin bir hissəsinin mənimsənilməsi nəzərdə tutulub. Bu sahənin altından isə yeraltı keçidlər və tunellərin çəkilməsi nəzərdə tutulub».
Digər variant Bakı buxtasına yaxın olan adaların körpülərlə bir-birinə birləşdirilməsi və burada istirahət zonalarının yaradılmasından ibarətdir.
Sonuncu, üçüncü varianta görə isə, Qaradağ rayonunda dəniz ərazisində 4 mikrorayondan və bütün infrastrukturdan ibarət olan yaşayış məntəqəsinin salınması nəzərdə tutulur.
D.Dövlətxanov bu layihələrin hələlik konsepsiya şəklində olduğunu bildirib. Onlardan hansının seçiləcəyi 1-,15 ildən sonra bilinəcək: «İndi Arxitektura və Şəhərsalma Komitəsi Dünya Bankının vəsaiti hesabına Böyük Bakının inkişafı üzrə regional sxem hazırlayır. Və bütün bu məqamlar regional sxem çərçivəsində baxılacaq. Bu, ən azı 1-1,5 il davam edəcək. Yalnız bundan sonra dəqiq bilinəcək ki, maliyyələşdirmək üçün onlardan hansı hökumətə təqdim olunsun».

1056