Dövlət qulluqçusu olmaq istəyən 631 namizədin 167-si testdən keçdi
20 oktyabr 2010 14:28 (UTC +04:00)

Dövlət qulluqçusu olmaq istəyən 631 namizədin 167-si testdən keçdi

Komissiyadan Lent.az-a bildiriblər ki, müsabiqədə iştirak etmək üçün komissiyada 631 namizəd qeydə alınıb. Onlardan 167 nəfəri qanunvericiliyə müvafiq olaraq, müsabiqənin ilk mərhələsini uğurla başa vurub. Belə ki, 631 namizədin 167-si test imtahanından tələb olunan balı toplaya bilib. İmtahanlarda namizədlərə dünyagörüşü-dünyanın, əsasən də Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti, müasir beynəlxalq münasibətləri sahəsində, qanunvericilik sahəsində, informasiya texnologiyaları sahəsində və məntiqi düşünmə qabiliyyəti sahəsində suallar təqdim olunub.

Oktyabrın 19-da keçirilmiş test imtahanında uğur əldə edən namizədlərlə müsahibələr yaxın günlərdə başlayacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 675

Oxşar yazılar