Çin iqtisadi möcüzəsini yaradanlar azərbaycanlı alimlər görüşüblər
20 oktyabr 2010 19:24 (UTC +04:00)

Çin iqtisadi möcüzəsini yaradanlar azərbaycanlı alimlər görüşüblər

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İqtisadiyyat İnstitutunda Çin İctimai Elmlər Akademiyasının ölkəmizə gəlmiş nümayəndələri ilə görüş keçirilib.

Lent.az-ın AMEA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, institutun direktoru, iqtisad elmləri doktoru İsa Alıyev institutun yaranma tarixi və fəaliyyət istiqamətləri, qazandığı elmi nailiyyətlər, burada aparılan mühüm elmi araşdırmalar haqqında danışıb.

İsa Alıyev müstəqillik qazandıqdan sonra ölkəmizin iqtisadi sferada qazandığı uğurlardan və mövcud problemlərdən, beynəlxalq elmi əməkdaşlıq münasibətləri, ölkələrimiz arasındakı elmi əlaqələr və bu əlaqələrin gələcək inkişafından söhbət açıb.

Görüşdə çıxış edən Çin İctimai Elmlər Akademiyasının beynəlxalq əlaqələr bölməsinin baş direktoru Yanq Yanq təmsil etdiyi qurum haqqında ətraflı məlumat verib. Çin İctimai Elmlər Akademiyasının tərkibində səkkiz elmi institutun fəaliyyət göstərdiyini söyləyən çinli Yanq Yanq çoxsaylı elmi tədqiqatları ilə dünyada tanınan bu akademiyanın ölkənin ictimai həyatında əhəmiyyətli rol oynadığını bildirib. O qeyd edib ki, iqtisadiyyatının inkişafına görə dünyada başlıca yerlərdən birini tutan Çin Xalq Respublikasının iqtisadi proqramının əsas elmi istiqamətləri məhz bu elm ocağında hazırlanır.

Yanq Yanq Çin alimlərinin azərbaycanlı həmkarları ilə sıx dostluq və elmi əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb, müasir elmi əlaqələrin ölkələrimiz arasında yeni münasibətlərin formalaşmasında əhəmiyyətli rol oynayacağına inandığını dilə gətirib.

Tədbirdə dövlət iqtisadiyyatının tənzimlənməsi və idarə olunması sahəsində iki ölkənin akademik institutları arasında beynəlxalq elmi əməkdaşlığın, təcrübə mübadiləsinin vacibliyi vurğulanmış, elmi əlaqələrin yaradılması haqqında razılıq əldə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 618

Oxşar yazılar