Hava yağışlı və çiskinli olacaq
20 oktyabr 2010 12:21 (UTC +04:00)

Hava yağışlı və çiskinli olacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya bildirib ki, şimal-şərq küləyi günün ikinci yarısında cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gündüz 19-22, axşam 15-17 dərəcə isti olacaq.

Oktyabrın 21-də gecə və səhər havanın tutqun olacağı, yarımadanın bəzi yerlərində çiskinli yağış yağacağı, gündüz arabir açılacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq, cənub küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 14-17, gündüz 19-22 dərəcə isti olacaq.

Oktyabrın 22-də gün ərzində havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Axşam havanın tutulacağı, gecəyə doğru yağış yağacağı ehtimalı var. Cənub küləyi günün ikinci yarısında şimal-qərb, şimal küləyi ilə əvəzlənəcək, axşama doğru arabir güclənəcək. Gecə 14-16, günün birinci yarısında 20-23, günün ikinci yarısında 15 dərəcəyə yaxın olacaq.

Oktyabrın 23-də havanın tutqun olacağı, fasilələrlə yağış yağacağı gözlənilir. Şimal-qərb, şimal küləyi əsəcək, arabir güclənəcək, axşam mülayimləşəcək. Gecə 10 dərəcəyə yaxın, gündüz 12-15 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında oktyabrın 21-də hava, əsasən yağmursuz keçəcək. Gecə və səhər ayrı-ayrı yerlərdə duman, şərq rayonlarında isə yağış yağacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 12-16, gündüz 22-27, dağlarda gecə 7-12, gündüz 14-18 dərəcə isti olacaq.

Oktyabrın 22-23-də hava, əsasən yağmursuz keçəcək. Lakin oktyabrın 22-də günün ikinci yarısında qərb rayonlarından başlayaraq, 23-də isə bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, 22-də axşam və 23-də bəzi yerlərdə arabir güclənəcək. Gecə 10-14, gündüz 15-20, dağlarda gecə 2-7, gündüz 8-11 dərəcə isti olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 669

Oxşar yazılar