(R) Yeni “İdeal-Boutique” – Daha “İdeal”!
20 oktyabr 2010 11:17 (UTC +04:00)

(R) Yeni “İdeal-Boutique” – Daha “İdeal”!

Şirkət paytaxtın müxtəlif rayonlarında, Avropa standartlarına tam cavab verən 8 mağazaya sahibdir.

Mağazalar şəbəkəsi 40-dan artıq brendin Azərbaycanda rəsmi təmsilçisidir.

Yeni mağazalarımızın açılması ilə satış şəbəkəsinin genişləndirilməsi, yeni brendlərin distribyutorluğunun alınması və satış sisteminin təkmilləşdirilməsi 2010-cu ildə şirkət qarşısında dayanan daima mühüm və prioritet məsələlərdəndir.

2009-cu ildə qarşıya qoyulmuş məqsəd yerinə yetirilərək mağazaların ümumi sayı 4-dən 8-ə çatdırılıb. Ötən ilin sonunda şirkət müştərilərini 8-ci mağazanın açılışı münasibətilə sevindirərək, onlara Yeni il kampaniyası çərçivəsində bir çox yeniliklər bəxş edib. Qeyd edək ki, “İdeal” Şəbəkəsi mağazaların dizayn və interyerinə görə MDB ölkələri arasında birinci yeri qazanıb. Distribyutoru olduğu brendlərin sayını 2 dəfədən çox artıran şirkət, brendlərin təqdimatı və vitrin tərtibatına görə istehsalçı şirkətlər tərəfindən daim yüksək qiymətləndirilir.

2009-cu ilin nəticələrinə əsasən Xorvatiyanın Dubrovnik şəhərində keçirilən Marketinq Konfransında “İsaDora” brendinin distribyutor şirkətləri sırasında “İdeal” Şirkəti “Marketinq Aktivliyi”nə görə birinci yerə layiq görülüb.

Şirkətin uzun müddət aparıcı şirkət olaraq fəaliyyəti partnyorların inamını artırır, davamlı münasibətləri möhkəmləndirir. Bunun nəticəsi olaraq, bu gün “İdeal” Şirkəti Sizlərə yeni, fərqli tərtibatı və görünüşü ilə şəbəkənin sözün əsl mənasında tacir olan, lüks səviyyəli “İdeal-Boutique” parfüm və kosmetika məkanını təqdim edir. Qeyd edək ki, bu butik Azərbaycanda ilk və tək parfüm və kosmetika butikidir.

Ünvan: Nizami 64

www.ideal.az
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1370

Oxşar yazılar