Bu gün Ümumdünya Statistika Günüdür
Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 64/267 nömrəli qətnaməsinə əsasən, bu gün Ümumdünya Statistika Günüdür.
Dövlət Statistika Komitəsindən Lent.az-a bildiriblər ki, bu qətnaməni qəbul etməklə Baş Assambleya etibarlı statistika məlumatlarının hazırlanmasında milli statistika təşkilatlarının fundamental əhəmiyyətini təsdiq edib. BMT-nin Baş Katibi Pan Gi Mun dünyanın bütün dövlət başçılarından xahiş edib ki, Ümumdünya Statistika Gününün yüksək səviyyədə qeyd olunmasına kömək göstərsinlər.
Son məlumata görə 100-dən çox ölkədə, habelə BMT və digər beynəlxalq təşkilatlar tərəfindən Ümumdünya Statistika Günü təntənəli şəkildə qeyd ediləcək. Azərbaycan statistikləri üçün bu günün əhəmiyyətli olması həm də ondan ibarətdir ki, 2010-cu ildə Azərbaycanda statistikanın təşkilindən 164 il keçir və rəsmi statistikanın 90 yaşı tamam olur. Belə ki, 1920-ci il avqust ayının 19-da Azərbaycan İnqilab Komitəsi tərəfindən dövlət statistikası haqqında ilk əsasnamə təsdiq olunub. Azərbaycanda statistika orqanlarının bütün dövrlərdəki işi statistika orqanları qarşısında duran əsas vəzifələrin yerinə yetirilməsinə yönəldilib.
Hazırda Dövlət Statistika Komitəsi 50-dən çox beynəlxalq təşkilat və ölkənin statistika orqanları ilə əməkdaşlıq edir və məlumat mübadiləsi aparır.
Elxan SALAHOV

1212