Almanyianın BASF şirkəti “Azərikimya”ya şəhərcik yaratmağı təklif edir
19 oktyabr 2010 18:47 (UTC +04:00)

Almanyianın BASF şirkəti “Azərikimya”ya şəhərcik yaratmağı təklif edir

Bu günlərdə “Azərikimya” İstehsalat Birliyi və Almaniyanın məşhur BASF şirkətinin nümayəndələri arasında Sumqayıtda keçirilmiş görüşdə “Azərikimya”nın perspektiv inkişaf planlarından söhbət açılıb. Lent.az-ın ARDNŞ-in rəsmi saytına istinadən verdiyi məlumata görə, görüşdə Almaniyada və Azərbaycanda istehsal olunan kimya və neft-kimya məhsulları, onların çeşidlərinin və həcminin artırılması, dünya bazarına çıxışın və mövqelərin daha da möhkəmləndirilməsi ilə bağlı işgüzar müzakirələr aparılıb.


Azərbaycanın neft-kimya kompleksinin daha sürətli inkişafının təmin edilməsi məqsədi ilə BASF şirkətinin təklifləri əsasında reallaşdırıla biləcək tədbirlər nəzərdən keçirilib. Görüşdə yaxın perspektiv üçün BASF-ın dəstəyi ilə “Azərikimya”nın yeni, daha səmərəli və tullantısız texnologiyalara əsaslanan istehsal sahələrinin, sənaye şəhərciyinin yaradılması məsələsi də müzakirə olunub.


Qeyd edək ki, baş ofisi Sumqayıtla qardaşlaşmış şəhər olan Lüdviqshafendə yerləşən BASF dünyanın ən iri və nüfuzlu şirkətlərindən olmaqla özünün filial və nümayəndəlikləri ilə 100-ə qədər ölkədə səmərəli fəaliyyət göstərir. 150-dən artıq istehsalat sahəsinə malik olan BASF şirkəti öz məhsullarını dünyanın 200-ə qədər ölkəsinə ixrac edir. Şirkətin təkliflər portfelinə xam neft və təbii qazla yanaşı müxtəlif təyinatlı kimya məhsulları, plastiklər, kənd təsərrüfatı üçün nəzərdə tutulan kimya məhsulları daxildir. 130 ilə yaxındır ki, Rusiyada öz istehsal sahələrini yaratmış BASF firması öz fəaliyyətini Ukrayna, Qazaxıstan, Özbəkistan respublikalarında və digər MDB ölkələrində də genişləndirməkdədir. Üç il əvvəl isə BASF şirkəti tərəfindən Sumqayıtın H.Z.Tağıyev qəsəbəsində yaradılmış müəssisə artıq ümumi illik həcmi 6 min ton olan 15-ə qədər çeşiddə məhsul istehsal edir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1217

Oxşar yazılar