Çaylarda suyun səviyyəsi qalxır
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a bildiriblər ki, həmin bölgənin çaylarında sululuq ongünlük normanın 90-150 faizi səviyyəsindədir. Lənkəran-Astara bölgəsi çaylarında isə normadan aşağı sululuq (ongünlük normanın 20-45%-i) müşahidə olunur. Kür çayının Qıraqkəsəmən məntəqəsində hazırda su sərfi saniyədə 245 kubmetr (ongünlük normanın 145 %-i), Qanıx çayının Əyriçay məntəqəsində 112 kubmetr (ongünlük normanın 105 %-i) təşkil edir.
Hazırda Kür çayının aşağı axınında suyun səviyyəsində kəskin dəyişiklik müşahidə olunmur. Belə ki, Surra məntəqəsində suyun hazırkı səviyyəsi 440 santimetr (2010-cu il mayın 21-də maksimal səviyyə 955 sm), Şirvanda 355 (2010-cu il mayın 18-də maksimal səviyyə 853), Bankədə 252 (2010-cu il mayın 18-də maksimal səviyyə 503), Salyanda 393 (2010-cu il mayın 18-də maksimal səviyyə 855), Araz çayının Novruzlu məntəqəsində isə 212 santimetr (2010-cu il mayın 21-də maksimal səviyyə 734) təşkil edir.
Elxan SALAHOV

647