(R) Milli Məclis üzvlüyünə namizəd Qənirə Paşayeva Tovuzun sərhəd kəndində
18 oktyabr 2010 23:54 (UTC +04:00)

(R) Milli Məclis üzvlüyünə namizəd Qənirə Paşayeva Tovuzun sərhəd kəndində

Açılış mərasimində millət vəkili Qənirə Paşayeva və kənd sakinləri iştirak edib.

Mərasimdə çıxış edən millət vəkili Qənirə Paşayeva Ermənistan silahlı qüvvələrinin Tovuz istiqamətində hücumlarının qarşısının alınması istiqamətində Əlibəyli kəndinin, onun qorxmaz və cəsarətli insanlarının böyük rolu olduğunu vurğulayıb. Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin ölkəmizin bütün cəbhə bölgələrinə olduğu kimi, bu kəndə də böyük diqqət və qayğı göstərdiyini deyən millət vəkili vurğulayıb ki, Əlibəyli kəndi elektrik enerjisi, qazla tam təmin edilib, kəndi rayon mərkəzi ilə birləşdirən yol, ön cəbhəyə gedən yol müasir standartlara uyğun yüksək səviyyədə düzəldilib, kənddə yeni məktəb binası tikilib və tikinti-abadlıq işləri bundan sonra da yüksək səviyyədə davam edəcək.

Millət vəkili Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini tez-tez pozaraq öz həyətyanı sahəsində, öz torpağında işləyən dinc insanları snayperlərlə hədəfə almasına, insanlara əziyyət vermək üçün Ermənistan istiqamətindən kəndə gələn su yolunu bağlamasına baxmayaraq, bu kəndin sakinlərinin ön cəbhədə, düşmənlə üz-üzə mətanətlə dayandığını və torpaqlarımızın işğaldan azad olunması istiqamətində bir nəfər kimi Ali Baş Komandanın yanında olduğunu vurğulayıb. Millət vəkili bildirib ki, Ermənistanın getdikcə çökməsinin əksinə olaraq, Azərbaycan gün-gündən inkişaf edir və bu, cəbhə kəndlərindən, sərhəd kəndlərindən çox yaxşı görünür.

Ermənistanla 17 km sərhəd zolağı olan Əlibəyli kəndinin sakinləri üçün yüksək səviyyədə tikilmiş bu 7 içməli su bulağının böyük əhəmiyyətini vurğulayan millət vəkili bu gün xeyriyyə işlərinin cəmiyyət üçün önəmindən danışıb və İslam İbrahimova və ailə üzvlərinə üzünü tutaraq, “bizim səsimizi eşidərək bu cür gözəl layihəni həyata keçirdiyiniz üçün sizə təşəkkür edirəm” - deyib. O, bu cür işlərin gözəl örnək olduğunu vurğulayaraq, rayonun imkanlı şəxslərini bundan sonra da Tovuzun sosial-mədəni inkişafında bu kimi dəstəklərini əsirgəməməyə çağırıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1261

Oxşar yazılar