Hörgü və suvaq sementi ilə bağlı standartlar təsdiqləndi
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi AZS EN 413-2-2010 “Hörgü və suvaq sementi, 2-ci hissə: Sınaq üsulları”, AZS İSO 29581-2-2010 “Sementin sınaq üsulları, 2-ci hissə: Rentgen flüoressensiya üsulu ilə kimyəvi analiz” dövlət standartlarını təsdiq edib.
Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, standartların tətbiq vaxtı 1 noyabr 2010-cu ildən müəyyən edilib. AZS EN 413-2-2010 “Hörgü və suvaq sementi, 2-ci hissə: Sınaq üsulları” standartı hörgü sementin “EN 413-1” standartına uyğunluğunun qiymətləndirilməsi üçün istifadə olunmalı etalon və alternativ sınaq üsullarını müəyyən edərək təzə sement məhlulun konsistensiyası, hava və su saxlama xüsusiyyətlərinin sınağına aiddir. Hər hansı mübahisə yarandığı təqdirdə yalnız etalon üsullardan istifadə olunmalıdır. Standart sınağın ümumi tələblərini, tutma vaxtının təyin edilməsini, standart sement məhlulun hazırlanmasını, su saxlama keyfiyyətini və hava tərkibinin miqdarının müəyyən edir.
AZS İSO 29581-2-2010 “Sementin sınaq üsulları, 2-ci hissə: Rentgen flüoressensiya üsulu ilə kimyəvi analiz” dövlət standartı isə rentgen flüoressensiya (XRF) üsulundan istifadə olunmaqla “SiO2”, “Al2O3”, “Fe2O3”, “CaO”, “MgO”, “SO3”, “K2O”, “Na2O”, “TiO2”, “P2O5”, “Mn2O3”, “SrO”, “Cl” və “Br” üçün sementin kimyəvi analizi metoduna əsaslanan fəaliyyəti təsvir edir. Müvafiq kalibrləmə aparıldıqda bu digər müvafiq elementlərə də tətbiq oluna bilər.
Hər iki standart “CİMEX” MMC və “Garadagh cement” ASC-nin mütəxəssislərinin iştirakı ilə işlənib.

1759