Gənc Alimlərin I Respublika İnnovativ Yarmarkası keçiriləcək
19 oktyabr 2010 02:31 (UTC +04:00)

Gənc Alimlərin I Respublika İnnovativ Yarmarkası keçiriləcək

Lent.az-ın Milli Elmlər Akademiyasının (AMEA) saytına istinadən verdiyi xəbərə görə, tədbirin təşkilatçıları Gənclər və İdman Nazirliyi, AMEA Rəyasət Heyəti və Azərbaycan Gənc Alim, Aspirant, Magistrlər Cəmiyyətidir. Yarmarkada AMEA institutlarında, eləcə də ölkəmizin müvafiq təşkilatlarında çalışan gənc alim və tədqiqatçılar iştirak edəcəklər.

Yarmarka çərçivəsində aşağıdakı tədbirlər nəzərdə tutulub:
1. “Elm çətiri altında: Gənc alim və tədqiqatçıların innovativ inkişafı üçün intellektual potensialın stimullaşdırılması və təkrar istehsalı” konfransı

2. “Yaşıl çətir: Ekologiya və qlobal iqlim dəyişiklikləri və bu proseslərin Azərbaycanda təzahürləri” adlı gənc alim və tədqiqatçıların workshop-u

3. “Azərbaycanda biomüxtəlifliyin qorunması və əkinə yararlı torpaqların erroziyaya məruz qalmasının qarşısının alınması yolları” və “Dünya elminə inteqrasiya: Gənc tədqiqatçıların innovativ aktivliyinin artırılması – informasiya mübadiləsi işinin təşkili” seminarları

4. “Elmin iqtisadi gücü: Gənc alim və tədqiqatçıların yeni ideya və ixtiralarının iqtisadiyyata tətbiqi yolları” dəyirmi masası

5. “Bilik iqtisadiyyatına doğru!” – Ən yaxşı gənc alim və tədqiqatçılar arasında I Biznes Planlar Müsabiqəsi
Sonda yüksək intellekt və bacarıq nümayiş etdirən gənclər qalib seçilərək mükafatlandırılacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 526

Oxşar yazılar