Qubada 56 ailəyə 15 min manatlıq yardım edilib
18 oktyabr 2010 16:21 (UTC +04:00)

Qubada 56 ailəyə 15 min manatlıq yardım edilib

Bu gün Quba rayonunda 56 ailəyə yardım olunub. Təbii fəlakət nəticəsində yaşayış evlərinə ziyan dəyən ailələrə 15 min manatlıq tikinti materialları verilib. Tikinti materialları şifer, taxta və sement olub. Lent.az-ın verdiyi məlumata görə, yardım Quba rayon İcra Hakimiyyəti tərəfindən paylanıb. Quba RİH memarlıq və tikinti şöbəsinin müdiri Əsəd Babayev Lent.az-a bildirib ki, yardımlar verilərkən həmin ailələrin hansı tikinti materiallarına ehtiyacı olduğu araşdırılıb. Sakinlərin bəziləri isə verilən yardımların azlığından gileylənib. RİH rəsmisi lazım olan bütün tikinti materiallarının həmin ailələrə birdəfəlik verilməsinin icra hakimiyyətinin imkanları xaricində olduğunu bildirib.


Vəli Turan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 615

Oxşar yazılar