DSMF-yə 40 mindən çox müraciət olub
18 oktyabr 2010 11:43 (UTC +04:00)

DSMF-yə 40 mindən çox müraciət olub

Bu ilin 9 ayında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) "190" nömrəli telefon məlumat xidmətinə ("Call-center") 40 min 14 müraciət daxil olub. Aparılan araşdırmalara əsasən, telefon məlumat xidmətinə ünvanlanan müraciətlər daha çox maarifləndirici xarakter daşıyıb.

DSMF-nin mətbuat xidmətinin rəhbəri Elman Babayev Lent.az-a bildirib ki, sorğu və müraciətlərin 52 faizi canlı rejimdə birbaşa məsləhətçi-operatorlar tərəfindən cavablandırılıb. Müraciətlərin 48 faizi isə qeyri-iş günlərinə təsadüf edib və bu zaman suallara avtomatik olaraq robot tərəfindən standart formada cavablar verilib.

Hesabat dövründə “190" nömrəli telefon məlumat xidmətinə canlı rejimdə daxil olan sorğuların 48,8 faizi (10 161) bilavasitə pensiya məsələlərinə aid olub. Müraciətlərin 25,4 faizini (5297) məcburi dövlət sosial sığortasına dair sorğular əhatə edib. Məlumat xidmətinə ünvanlanan müraciətlərin 25,8 fazi (5377) isə fərdi uçotun təşkili və digər məsələlərlə bağlı olub.

Xatırladaq ki, DSMF-də “190" nömrəli telefon məlumat xidməti canlı və avtomatik rejimdə olmaqla fasiləsiz fəaliyyət göstərir. Canlı rejimdə göstərilən telefon xidməti iş günü ərzində fasiləsiz, saat 09.00-dan 13.00-dək və 14.00-dan 18.00-dək olmaqla iki növbəli xidmət əsasında həyata keçirilir. 13.00-dan 14.00-dək isə telefon məlumat xidməti canlı iş rejimindən avtomatik iş rejiminə keçir. Bu zaman suallar avtomatik olaraq robot tərəfindən standart formada cavablandırılır. Avtomatik iş rejimi həmçinin iş vaxtından sonrakı saatlarda, həftənin qeyri-iş günləri və bayram günlərində fəaliyyət göstərir.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 635

Oxşar yazılar