Oksford məktəbi Şəmkirdə filial açdı
Lent.az-ın məlumatına görə, Oksford məktəbinin Şəmkir filialının təsisçisi və vitse-prezidenti Nailə Rzayeva məktəbin fəaliyyəti barədə ətraflı söhbət açıb. Bildirib ki, məktəb 1998-ci ildə fəaliyyətə başlayıb. 2003-cü ildə isə təhsildəki yüksək nailiyyətlərinə görə, Kembric Universitetinin imtahan mərkəzi qismində seçilib. Elə o vaxtdan da burada dərslər həmin universitetin təhsil proqramı əsasında keçirilir.
N. Rzayevanın sözlərinə görə, indiyədək məktəbin 50 məzunu dünyanın ən nüfuzlu universitetlərinə daxil olub.
Digər tədbir iştirakçıları isə vurğulayıb ki, bu məktəbin məzunları 4 dildə sərbəst danışırlar və azərbaycanlı məzunlar yerli attestatla yanaşı Kembric Universitetinin də beynəlxalq attestatını ala biləcəklər.
Məktəbin vitse-prezidenti onu da qeyd edib ki, oksford məktəblərinin məqsədi ölkədə təhsilin səviyyəsinin yüksəldilməsinə və əsl vətəndaşların tərbiyəsinə xidmət etməkdir.
Məktəbin Şəmkir filialına yalnız 1 və 5-ci sinif şagirdləri seçim əsasında qəbul ediləcəklər. Filial öz qapılarını şagirdlərin üzünə oktyabrın 20-də açacaq.
Qeyd edək ki, yeni məktəbdə təhsil haqqı ildə 3-5 min manat arasıdır.

1718