Şamaxıda ilk açıq ürək əməliyyatı keçirilib – FOTO
Mərkəzi Neftçilər Xəstəxanasının yüksək ixtisaslı kardiocərrahiyyə briqadası bu gün Şamaxıdakı Müalicə-Diaqnostika Mərkəzində açıq ürək əməliyyatlarının icrasına başlayıb. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDN) dəstəyi, Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən humanitar aksiya çərçivəsində əməliyyatlar oktyabrın 17-dək davam edəcək.
ARDNŞ Sosial İnkişaf İdarəsi mətbuat xidmətinin rəhbəri Əmrah Fəqanoğlu Lent.az-a bildirib ki, ilk əməliyyat 48 yaşlı Şamaxı rayon sakini Telman Abdullayevin üzərində aparılıb. Əməliyyata rəhbərlik edən Mərkəzi Neftçilər Xəstəxanasının Ürək-damar Xəstəlikləri Mərkəzinin rəhbəri, tibb elmləri namizədi Rəşad Mahmudov deyib ki, regionlarda inşa olunan Müalicə-Diaqnostika mərkəzlərində bu günə qədər 168 xəstə üzərində açıq ürək əməliyyatları, 500-dən çox xəstə üzərində angeoqrafiya müayinələri aparılıb və hazırda bu iş davam etdirilir.
“Bu gün Şamaxı bölgəsinin tibb tarixində bir yeniliyə imza atdıq. Burada həyata keçirdiyimiz ilk açıq ürək əməliyyatları ilə bu tarixin bir parçası olduğumuz üçün qürur duyuruq” - deyə, Rəşad Mahmudov söyləyib.
Cərrah-həkim onu da qeyd edib ki, açıq ürək əməliyyatları ilə bağlı növbəti aksiya Bərdədə keçiriləcək. Humanist aksiya daha 2 gün davam edəcək.
Xatırladaq ki, “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində ARDNŞ-in maliyyə vəsaiti hesabına respublikan 10-dan artıq bölgəsində yeni müalicə-diaqnostika mərkəzləri tikilib.
Elxan SALAHOV

1743