Moskvada elmi forum keçirilir
Bu gün Moskvada MDB ölkələrinin alim və yaradıcı ziyalılarının 5-ci Forumu başlayıb. “İnnovativ və humanitar sahədə partnyorluq - MDB ölkələrinin dinamik inkişafının əsasıdır” şüarı altında gerçəkləşəcək tədbir Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunda keçirilir.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, forumda elm, təhsil, mədəniyyət və gənclər siyasətinin vacib problemləri və əməkdaşlıq perspektivləri müzakirə olunacaq. İki gün davam edəcək forumun əsas məqsədlərindən biri praktiki tədbirlərin müəyyən edilməsidir. Belə ki, forumların qəbul etdiyi yekun qətnamə humanitar sahədə əməkdaşlığın real prioritetlərini göstərməklə əməli işin təşkilinə təkan verir.
Forum MDB üzv dövlətlərinin Humanitar sahədə Əməkdaşlıq üzrə Şura və MDB üzv dövlətlərinin Humanitar sahədə Əməkdaşlıq üzrə Dövlətlərarası Fondu tərəfindən keçirilir. Tədbirdə Azərbaycanı gənclər və idman nazirinin müavini İntiqam Babayev təmsil edir. Nazir müavininin həmçinin “Birliyin gənc nəslinin dəstəklənməsi” Palatasında çıxışı da nəzərdə tutulub. Gənc alim, AMEA-nın Fizika İnstitutunun əməkdaşı Nərmin Babayevanın hazırladığı cihaz isə innovasiya layihələri sərgisində nümayiş etdiriləcək.
Xatırladaq ki, forum MDB dövlətləri başçıları tərəfindən imzalanmış “Humanitar sahədə MDB iştirakçı dövlətlərinin əməkdaşlığının prioritet tədbirləri Planı”na uyğun olaraq, hər il keçirilən, elmi və yaradıcı ziyalıların zirvə görüşüdür.
Elxan SALAHOV

Oxşar yazılar

Hədiyyə verilən əmlak boşananda bölünür? - CAVAB
3 iyul 2025 , 12:48
Sabah bu yerlərə leysan yağacaq - Hava PROQNOZU
3 iyul 2025 , 12:33
Bu rayonlara yağış yağır - FAKTİKİ HAVA
3 iyul 2025 , 12:04
Azərbaycanda bu qədər rusdilli məktəbə ehtiyac var? - TƏHLİL
3 iyul 2025 , 10:55
Bu BÜRCLƏR iyul ayında çox zəngin olacaq: Qızıldan dağlar kimə vəd edilir?
3 iyul 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
3 iyul 2025 , 08:15
Bu üç ayda doğulmusunuzsa... iyul ayı çox uğurlu olacaq
3 iyul 2025 , 00:02