Deputatlar nazirdən xahiş etdilər
13 oktyabr 2010 14:18 (UTC +04:00)

Deputatlar nazirdən xahiş etdilər

Lent.az-ın məlumatına görə, Milli Məclisin Elm və Təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev gələn ilin büdcə layihəsinin müzakirəsindəki çıxışında belə deyib. O qeyd edib ki, büdcə layihəsində elm və təhsil xərcləri 2010-cu ildəkindən çox olsa da, bu vəsaitləri bir qədər də artırmaq olar.

Şəmsəddin Hacıyev 2011-ci ilin dövlət büdcəsində neftin qiymətinin 60 dollardan götürülməsinin tamamilə düzgün olduğu qənaətindədir. Onun sözlərinə görə, neftin qiymətinin bu həcmdə götürülməsi həm büdcənin gəlirlərinin formalaşmasında, həm də xərclərin reallaşması üçün əvvəlcədən real təminat yaradır: “Bu büdcə layihəsi son 3 ildə qərarlaşmış bütün prioritetlər nəzərə alınmaqla tərtib olunub. Büdcənin 2001-ci ildə cüzi miqdarda nəzərdə tutulan 1,7 faiz büdcə kəsirinin də profsitlə başa çatacağını söyləməyə əsas verir”.

YAP-dan olan millət vəkili Aydın Mirzəzadə də elm və təhsil, habelə səhiyyə xərclərinin artırılmasını təklif edib. O qeyd edib ki, gələn il bu sahələrdə çalışanların maaşının artırılması vacibdir.

Aydın Mirzəzadə müzakirələrdə iştirak edən maliyyə naziri Samir Şərifova müraciət edərək təhsil və səhiyyə işçilərinin sosial müdafiəsinin gücləndirilməsini, onların maaşların artırılmasını diqqət mərkəzində saxlamağı xahiş edib.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 653

Oxşar yazılar