Naxçıvana uçan təyyarələr dəyişdirilsin
13 oktyabr 2010 13:17 (UTC +04:00)

Naxçıvana uçan təyyarələr dəyişdirilsin

“Bakı-Naxçıvan reysləri ilə uçuş həyata keçirən təyyarələrin hamısı dəyişdirilməlidir”. Lent.az-ın məlumatına görə, bu fikri Milli Məclisdə 2011-ci ilin büdcə layihəsinin müzakirəsi zamanı millət vəkili Musa Quliyev səsləndirib.

Onun fikrincə, hazırda Bakı-Naxçıvan reysləri vasitəsilə uçuş həyata keçirən təyyarələr sərnişinlərin rahatlığına tam cavab vermir. Bu səbəbdən də Naxçıvana uçan təyyarələr dəyişdirilməli və sərnişinlərin rahatlığı təmin edilməlidir.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 549

Oxşar yazılar