Bəzi rayonlarda qısamüddətli yağış yağacaq
13 oktyabr 2010 11:50 (UTC +04:00)

Bəzi rayonlarda qısamüddətli yağış yağacaq

Bakı və Abşeron yarımadasında oktyabrın 13-də havanın dəyişkən buludlu olacağı, günün birinci yarısında arabir tutulacağı, gün ərzində, əsasən yağmursuz keçəcəyi gözlənilir.


Cənub, cənub-qərb küləyi əsəcək, arabir güclənəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, gündüz 20-22, axşam 15-17 dərəcə isti olacaq.


Oktyabrın 14-də hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi əsəcək. Gecə 13-15, gündüz 19-21 dərəcə isti olacaq.


Oktyabrın 15-də havanın buludlu olacağı, oktyabrın 14-dən 15-nə keçən gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Günün ikinci yarısında havanın açılacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi gündüz cənub-qərb küləyi ilə əvəz olunacaq. Gecə 14-16, gündüz 20-22 dərəcə isti olacaq.


Oktyabrın 16-da hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal-qərb, şimal küləyi əsəcək. Havanın temperaturu gecə 14-16, gündüz 20-22 dərəcə isti olacaq.


Azərbaycanın rayonlarında oktyabrın 14-də gün ərzində hava, əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Cənub-qərb küləyi əsəcək, gündüz dağlıq və dağətəyi rayonlarda arabir güclənəcək. Havanın temperaturu gecə 10-15, gündüz 22-26, dağlarda gecə 4-9, gündüz 12-17 dərəcə isti olacaq.


Oktyabrın 15 və 16-da hava əsasən yağmursuz keçəcək. Lakin oktyabrın 15-də gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, oktyabrın 16-da ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 11-16, gündüz 20-25, dağlarda gecə 4-8, gündüz 12-17 dərəcə isti olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 596

Oxşar yazılar