Kürdə suyun səviyyəsi sürətlə artır
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Kür və Araz çaylarının, həmçinin, onların transsərhəd qollarının çirklənmə səviyyəsinə dair növbəti monitorinqin nəticələrini açıqlayıb.
Nazirliyin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, oktyabr ayının I ongünlüyünə əhatə edən monitorinq zamanı kür çayında suyun səviyyəsinin artdığı müşahidə olunub. Belə ki, ötən ayın III ongünlüyünə nisbətən oktyabrın I ongünlüyündə çayda suyun səviyyəsi saniyədə 63 kubmetrdən 180 kubmetrə çatıb. Kür çayında Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində biogen maddələrin miqdarı normadan dəfələrlə artıb.
Aparılan monitorinqin nəticələrinə görə, Araz çayında suyun sərfi saniyədə 8,23 kubmetr olub.
Elxan SALAHOV

588