MDB humanitariyaları Bakıya toplaşıblar - FOTO
12 oktyabr 2010 22:39 (UTC +04:00)

MDB humanitariyaları Bakıya toplaşıblar - FOTO

BDU-nun mətbuat və informasiya şöbəsindən Lent.az-a verilən məlumata görə, tədbirdə səkkiz ölkədən 30-a yaxın nümayəndə iştirak edib. Azərbaycanı təhsil naziri Misir Mərdanov, Bakı Dövlət Universitetinin rektoru akademik Abel Məhərrəmov və Bakı Slavyan Universitetinin rektoru Kamal Abdulla təmsil ediblər.

Tədbiri Bakı Slavyan Universitetinin rektoru Kamal Abdulla açaraq, qonaqları salamlayıb, sonra isə sözü Rusiya Dövlət Humanitar Universitetinin rektoru Yefim Pivovara verib.

Forumun keçirilməsində məqsəd postsovet məkanında humanitar təhsillə bağlı ümumi konsepsiya müəyyənləşdirməkdir.

Koordinasiya Şurasının iclasına qədər qonaqlar Bakıda səkkiz ali məktəblə tanış olublar. İclasdan sonra qonaqlar paytaxtın 132 və 134 nömrəli orta məktəblərdə olublar.

Sabah isə forumun plenar iclasında Rusiya Dövlət Humanitar Universitetinin rektoru Yefim Pivovar məruzə ilə çıxış edəcək, dəyirmi masa keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 550

Oxşar yazılar