Azərbaycan və Meksika birgə markalar buraxıb - FOTO
12 oktyabr 2010 21:34 (UTC +04:00)

Azərbaycan və Meksika birgə markalar buraxıb - FOTO

Azərbaycan və Meksika birgə poçt markaları buraxıb. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirovun Lent.az-a verdiyi məlumata görə, iki markadan ibarət kiçik vərəqədə iki ölkənin tarixi abidələri əks olunub.


Markanın birində Azərbaycanın “Atəşgah” tarixi-memarlıq abidəsi, digərində isə Meksikanın Teotikuana şəhərində yerləşən Ay piramidası çap olunub. Kiçik vərəqənin kənarlarında Azərbaycan və Meksikanın bayraqları var.
Markaların nominal qiyməti 0,6 manat, tirajı 20 min ədəd təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 670

Oxşar yazılar