Əməkdar müəllim Aliyə Təhmasib fəxri təqaüdə çıxdı
Prezidentinin sərəncamları ilə Beynəlxalq Müəllimlər günü ərəfəsində orden və medallara, fəxri adlara layiq görülmüş təhsil işçilərinə mükafatların təqdim olunması mərasimi keçirilib. Təhsil Nazirliyində keçirilən mərasimdə ölkənin tanınmış pedaqoqları da iştirak edib.
Nazirliyin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, təhsil naziri Misir Mərdanov çıxışında uzun illər təhsilimizə fədakarlıqla xidmət etmiş respublikanın Əməkdar müəllimi Aliyə Təhmasibin bu günlərdə fəxri təqaüdə yola salındığını söyləyib. Bu münasibətlə 132-134 nömrəli təhsil kompleksində də xüsusi tədbir keçirildiyini xatırladan nazir Aliyə Təhmasibin bundan sonra da təhsil ocağı ilə sıx əlaqə saxlayacağına umidvar olduğunu bildirib.
Daha sonra orden və medallara, fəxri adlara layiq görülmüş təhsil işçilərinə mükafatların təqdim olunmasına başlanılıb. Nazir əvvəlcə ölkə başçısının 21 yanvar 2010-cu il tarixli sərəncamı ilə “Şöhrət” ordeninə layiq görülmüş ADPU rektoru, AMEA-nın müxbir üzvü Yusif Məmmədovun, ardınca “Şöhrət” ordenlərinə layiq görülmüş Sumqayıt Dövlət Universitetinin rektoru Nadir Qəhrəmanovun, 289 saylı “Zəngi” liseyinin direktoru Bayram Heydərovun mükafatlarını təqdim edib.
Misir Mərdanov deyib ki, Prezidentin sərəncamları ilə Beynəlxalq Müəllimlər günü ərəfəsində Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə 73 təhsil işçisi “Tərəqqi”, 3 nəfər “Dövlət qulluğunda fərqlənməyə görə” medalları ilə təltif olunub, 70 nəfərə “Əməkdar müəllim” fəxri adı verilib. Azərbaycan təhsilinin inkişafındakı xidmətlərinə görə fəxri adlarla təltif olunan təhsil işçilərinə medal və vəsiqələr təqdim edilib.
Elxan SALAHOV

Oxşar yazılar

Azərbaycanlıları öldürən mərc oyunları – bu “killeri” kimlər göndərib?
25 aprel 2025 , 15:35
Uzanıb oxusanız, başınıza nə gələcək?
25 aprel 2025 , 14:57
Leysan yağacaq, güclü külək əsəcək - Sabahın HAVASI
25 aprel 2025 , 12:23
Azərbaycanda satılan quru meyvələrə qatılan zəhərlər: PARLAQLIQ sizi aldatmasın
25 aprel 2025 , 11:38
Ailə başçısının itirilməsinə görə hansı halda yardım edilmir? – CAVAB
25 aprel 2025 , 10:28
Üç BÜRC üçün köklü karyera dəyişiklikləri PROQNOZU
25 aprel 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
25 aprel 2025 , 08:15