Azərbaycanda 91 ölkədən əcnəbi işçi var
Bu ilin 9 ayı ərzində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 17,4 faiz artıb.
DSMF-nin ictimaiyyətlə əlaqələr sektorunun rəhbəri Elman Babayev Lent.az-a bildirib ki, 2010-cu il oktyabrın 1-ə olan statistikaya əsasən, fond tərəfindən əlavə olaraq 1401 nəfər əcnəbi vətəndaş qeydiyyata alınıb. Beləliklə, fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 9430 nəfərə yüksəlib.
Elman Babayev deyib ki, ümumilikdə 91 ölkənin vətəndaşlarını əhatə edən əcnəbilər arasında Türkiyə vətəndaşları çoxluq təşkil edir - 5318 nəfər. Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayına görə ikinci yerdə qərarlaşan Gürcüstan vətəndaşlarının sayı isə 1334 nəfərə çatıb. Üçüncü yerdə gələn Rusiya Federasiyasının vətəndaşlarının sayı isə hazırda 598 nəfər təşkil edir. Sonrakı yerlərdə İran İslam Respublikası (306), Hindistan (248), Çin Xalq Respublikası (141), Bosniya və Hersoqovina (125), Böyük Britaniya və Şimali İrlandiya Krallığı (90), Ukrayna (86), Filippin (84), Pakistan İslam Respublikası (81), Malayziya (80), Qazaxıstan (73), Özbəkistan (71), Almaniya (61), Türkmənistan (55), İtaliya (50), ABŞ (49) və digər ölkələr gəlir.
Xatırladaq ki, 2006-cı ilin yanvarın 1-dən Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilərin məcburi dövlət sosial sığortası ilə əhatə olunması prosesinə başlanılıb. Hazırda dövlət sosial sığorta sistemində fərdi uçotun daha da inkişafı üçün həyata keçirilən tədbirlərin istiqamətlərindən biri kimi Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilərin məcburi dövlət sosial sığortası ilə əhatə olunması davam etdirilir.
Elxan SALAHOV

730