Dövlət Komitəsi qaz sobaları ilə bağlı gücləndirilmiş iş rejiminə keçdi
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Ərazi Dövlət Nəzarəti İdarələri uyğunluq sertifikatı olmayan, təhlükəli qaz sobaları və qazla işləyən digər məişət cihazlarının istehsalı, idxalı və satışının qarşısını almaq məqsədilə gücləndirilmiş iş rejiminə keçirib.
Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, məqsəd istehlakçıların hüquq və mənafeləri, insan sağlamlığı və ətraf mühitin qorunması istiqamətində görülən tədbirləri gücləndirməkdən ibarətdir.
Payız-qış mövsümündə qazla işləyən məişət cihazlarına, qızdırıcı avadanlıqlara tələbatın artdığını nəzərə alaraq, istehlakçılardan xüsusi diqqət tələb olunur. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi istehlakçıların nəzərinə çatdırır ki, Nazirlər Kabinetinin “Məhsulların (işlərin, xidmətlərin) sertifikatlaşdırılmasının mərhələlər üzrə tətbiq edilməsi haqqında” 343 saylı Qərarına əsasən qazla və elektriklə işləyən məişət cihazları məcburi sertifikatlaşma prossedurasından keçməli, təhlükəsizliyi təsdiq olunmalı, uyğunluq sertifikatı ilə təmin edildikdən sonra satışa çıxarılmalıdır. Ona görə də, istehlakçılar yalnız uyğunluq sertifikatı almış məişət cihazlarını almalı, avadanlıqlar texniki təlimata uyğun quraşdırılmalı, zəruri hallarda idxalçı və ya satış obyekti tərəfindən quraşdırma xidməti tələb olunmalıdır.
Ramiz

Oxşar yazılar

Sabah da çimərlik havası olmayacaq - PROQNOZ
5 iyul 2025 , 13:43
Aşura bu gündür - Qafqaz Müsəlmanları İdarəsindən AÇIQLAMA
5 iyul 2025 , 13:17
Bakıya yağış yağacaq - Sabahın havası
5 iyul 2025 , 12:38Bu məhsulların qiymətlərini qaldırmaq təklif edildi
5 iyul 2025 , 12:36
Allahşükür Paşazadə qan verdi
5 iyul 2025 , 11:15
Sevgi və xoş xəbərlər: İyulun 5-i 5 BÜRC üçün əsl nağıl olacaq
5 iyul 2025 , 11:12
Maqnit qasırğaları yenidən yaxınlaşır: təhlükəli günlər AÇIQLANDI
5 iyul 2025 , 10:51