“Azəriqaz” İran qaz sobaları ilə bağlı əhaliyə xəbərdarlıq etdi
08 oktyabr 2010 20:31 (UTC +04:00)

“Azəriqaz” İran qaz sobaları ilə bağlı əhaliyə xəbərdarlıq etdi

Lent.az-ın ARDNŞ-in rəsmi saytına istinadən verdiyi məlumata görə, “Azəriqaz” bildirir ki, son vaxtlar respublika ərazisində İran İslam Respublikasının istehsalı olan qızdırıcı sobalar satışa çıxarılıb.


İstehlakçıların nəzərinə çatdırılır ki, bu və ya digər sobalara “Azəriqaz” İB tərəfindən heç bir sertifikat və lisenziya verilmir. Bu səlahiyyətlər yalnız Standartlaşdırma, Metreologiya və Patent üzrə Dövlət Agentliyinə və Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət agentliyinə aiddir. “Azəriqaz” İB bir daha xəbərdarlıq edir: “Sertifikatı və lisenziyası olmayan qızdırıcı sobalardan istifadə etmək qəti qadağandır!”
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1697

Oxşar yazılar