Fahişəliyə cəlb etmə ilə bağlı 52 fakt
Bu ilin 9 ayında ictimai mənəviyyat əleyhinə olan hüquqazidd əməllərlə bağlı 115, o cümlədən fahişəliyə cəlb etmə ilə bağlı 52, əxlaqsızlıq yuvaları saxlamaqla bağlı 63 cinayət faktı aşkarlanıb, 71 nəfər məsuliyyətə cəlb olunub.
Lent.az-ın məlumatına görə, İnsan alverinə qarşı mübarizə üzrə milli koordinatoru, daxili işlər nazirinin müavini Vilayət Eyvazov Milli Məclisin bu gün keçirilən iclasında insan alverinə dair hesabatla bağlı çıxış edərkən belə deyib. O qeyd edib ki, qurbanlara kömək fondu haqqında əsasnamə hazırlanıb icraya yönəldilib. Həmçinin insan alverinə qarşı mübarizə sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının əsasında insan alveri qurbanlarının milli istiqamətdə mexanizm qaydaları hazırlanıb.
Vilayət Eyvazov deyib ki, alverinə qarşı mübarizəyə dəstək məqsədilə yaradılmış “Qaynar xətt”də çalışanların maaşlarının ödənilməsi, qurbanların ərzaq və digər tələbatlarının ödənilməsi üçün büdcədən hər il 52 min manat və qurbanlara müavinətlərin ödənilməsi üçün hər ay 5 min manat pul ayrılıb. 2009-cu ildə Azərbaycanda bu problemi araşdıran qeyri-hökumət təşkilatlarına isə ümumilikdə 50 min manat qrant ödənilib.
Nazir müavini bildirib ki, hesabat dövründə dilənçilik edənlərə və kölə kimi işlədilmə ilə bağlı 611 fakt aşkarlanıb. Müvafiq yoxlamalarla həmin uşaqların insan alverinin qurbanı olduğu təsdiqlənməyib. Bu uşaqların valideynləri və onları bu kimi işlərə cəlb edənlər üçün tədbirlər görülüb.
Elxan SALAHOV

993