Bakıda keçiriləcək beynəlxalq dini konfrans təxirə salınıb
08 oktyabr 2010 12:58 (UTC +04:00)

Bakıda keçiriləcək beynəlxalq dini konfrans təxirə salınıb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin bu ilin dekabr ayında keçirməyi planlaşdırdığı “Dövlət-din münasibətləri: Tarixi ənənə və yeni yanaşma” mövzusunda beynəlxalq konfrans təxirə salınıb.


Lent.az-ın verdiyi məlumata görə, bunu Dövlət Komitəsinin sədri Hidayət Orucov söyləyib.

Hidayət Orucov deyib ki, müxtəlif xarici ölkələrin din nazirləri, din xadimləri, politoloqlar, qafqazşünaslar bu beynəlxalq konfransda iştirak etmək niyyətlərini bildirirlər: “Konfransa maraq böyük olduğundan onun müddətini geri çəkdik. Konfrans gələn il keçiriləcək və böyük əks-sədası olacaq”.

Ramiz
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 874

Oxşar yazılar