Həftə sonu hava yağmursuz olacaq
08 oktyabr 2010 12:37 (UTC +04:00)

Həftə sonu hava yağmursuz olacaq

Şimal-şərq küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, Gündüz 18-20, axşam 14-16 dərəcə isti olacaq.


Oktyabrın 9-da hava dəyişkən buludlu keçəcək, arabir tutulacaq, əsasən yağmursuz keçəcək. Lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Cənub küləyi əsəcək, gündüz yarımadanın bəzi yerlərində arabir güclənəcək. Gecə 13-15, gündüz 19-22 dərəcə isti olacaq.


Oktyabrın 10-da hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Cənub-qərb küləyi əsəcək. Gecə 14-17, gündüz 21-24 dərəcə isti olacaq.


Oktyabrın 11-də hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Axşam buludluluğun artacağı gözlənilir. Cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq. Gecə 15-18, gündüz 20-23 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında oktyabrın 9-da gündüz, əsasən hava yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
Cənub küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 13-15, gündüz 18-23, dağlarda gecə 3-6, gündüz 11-16 dərəcə isti olacaq.


Oktyabrın 10-11-də hava əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 14-17, gündüz 20-25, dağlarda gecə 4-8, gündüz 11-16 dərəcə isti olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1008

Oxşar yazılar