Büdcədən elm və təhsilə ayrılan xərcləri artırılır
2011-ci ilin dövlət büdcəsi layihəsində elm xərcləri üçün 108,6 milyon manat vəsait ayrılıb. Bu isə ötən cari büdcə ilindəkindən 5,6 faiz (və ya 5,8 milyon manat) çoxdur.
Lent.az-ın məlumatına görə, gələn il büdcədən elmə ayrılan xərcləri ümumi büdcənin 0,9 faizini təşkil edəcək. Bu xərclər əsasən fundamental elmi tədqiqatların və dövlət orqanlarında mövcud olan elmi-tədqiqat təşkilatları tərəfindən həyata keçirilən elmi işlərin maliyyələşməsinə yönəldiləcək. 2011-ci ildə elm xərclərində elmi-tədqiqat layihələrinin Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişaf Fondu vasitəsi ilə həyata keçirilməsi üçün 7 milyon manat, latın qrafikalı kitabların çap edilməsinə 5 milyon manat, elmi obyektlərin yenidən qurulması və əsaslı təmirinə 3 milyon manat, elmi-tədqiqat müəssisələrinin maddi-texniki təminatının möhkəmləndirilməsinə 3 milyon manat, Milli Elmlər Akademiyasının elmi-tədqiqat institutlarına müasir tələblərə cavab verən laboratoriya avadanlıqlarının alınması xərclərinə 2 milyon manat və digər tədbirlərin həyata keçirilməsinə vəsait nəzərdə tutulub.
Təhsil xərclərinə gəlincə, gələn ilin dövlət büdcəsi layihəsində bu sahəyə 1338,2 milyon manat vəsait ayrılması nəzərdə tutulub. Bu, 2010-cu il büdcəsində nəzərdə tutulandan 50,2 milyon manat (və ya 3,9 faiz) çoxdur. Büdcə layihəsi bu şəkildə təsdiqlənərsə, gələn il təhsil xərclərinə ayrılan vəsaitin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 10,5 faiz olacaq.
Layihədə gələn il təhsil xərcləri üçün ayrılacaq vəsaitin bölgüsü bu cür müəyyənləşib: natamam və orta təhsil xərclərinin maliyyələşdirilməsinə 758,3 milyon (təhsil xərclərinin 56,7 faizi), təhsil sahəsində tətbiqi tədqiqatlar və təhsil sahəsində digər xidmətlərin maliyyələşdirilməsinə 236,9 milyon (17,7 faizi), ali təhsil xərclərinin maliyyələşdirilməsinə 125,3 milyon (9,4 faizi), məktəbəqədər və ibtidai təhsil xərclərinə 95,3 milyon (7,1 faizi), texniki-peşə məktəblərinin və liseylərinə 7,8 milyon (5,4 faizi), internat və xüsusi məktəblərə 49,6 milyon manat (3,7 faizi).
Elxan SALAHOV

1526