Yataqxanalardakı məcburi köçkünlər Masazıra köçürüləcək
05 oktyabr 2010 15:28 (UTC +04:00)

Yataqxanalardakı məcburi köçkünlər Masazıra köçürüləcək

Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunun Pirəkəşkül qəsəbəsi ərazisində hərbi şəhərciklərdə müvəqqəti məskunlaşmış məcburi köçkünlər üçün şoxmərtəbəli yaşayış binalarından ibarət yeni mikrorayon salınacaq.


Lent.az-ın məlumatına görə, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun sədri Ayaz Orucov Yap.org.az saytına müsahibəsində belə deyib. O qeyd edib ki, ümumi sayı 1410 olan məcburi köçkün ailəsi üçün Qaradağ rayonu Müşfiq qəsəbəsinin yaxınlığındakı yaşayış evlərinə bitişik ərazidə 22,0 hektar torpaq sahəsi də ayrılıb. Onun sözlərinə görə, artıq layihə sənədlərinin hazırlanması üçün müvafiq texniki şərtlər alınıb və inşaat pasportu hazırlanıb.


Ayaz Orucov deyib ki, əsasən Bakı şəhərindəki təhsil müəssisələrinin balansında olan yataqxanalarda müvəqqəti məskunlaşmış məcburi köçkünlərin köçürülməsi istiqamətində də işlər aparılır. Belə ki, həmin yataqxanalardakı 758 məcburi köçkün ailəsinin köçürülməsi ilə əlaqədar Abşeron rayonu, Masazır qəsəbəsinin yaxınlığında 12,0 hektar torpaq sahəsi ayrılıb. Həmin ərazidə hündür mərtəbəli yaşayış binalarından ibarət yeni məhəllənin layihə-smeta sənədlərinin hazırlanması üçün müvafiq təşkilatlardan texniki şərtlər alınıb və inşaat pasportunun alınması istiqamətində işlər aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1385

Oxşar yazılar