Ehtiyac meyarı 75 manata qaldırılır
Lent.az-ın məlumatına görə, büdcə paketində gələn il üçün Azərbaycanda ehtiyac meyarı 75 manat səviyyəsində müəyyən edilib. Bu isə o deməkdir ki, gələn il Azərbaycanda imkansız ailələrə verilən ünvanlı sosial yardımın təyin edilərkən ehtiyac meyarının həddi indikindən 10 manat yuxarı olacaq.
Hazırda Azərbaycanda ehtiyac meyarının həddi 65 manatdır.
Yaşayış minimumuna gəlincə, bu, 2011-ci ilin dövlət büdcəsi layihəsində ölkə üzrə 95 manat həddində müəyyən edilib. Əmək qabiliyyətli əhali üçün yaşayış minimumu 102 manat, pensiyaçılar üçün 72 manat, uşaqlar üçün 76 manat məbləğində nəzərdə tutulub.
Elxan SALAHOV

995