Kürdə suyun səviyyəsi yenidən qalxır
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz çaylarının və onların qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə sentyabr ayının III ongünlüyündə aparılan monitorinqin nəticələrini açıqlayıb.
Nazirliyin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, ayın son ongünlüyündə Kür çayında suyun sərfi əvvəlki ongünlüyə nisbətən saniyədə 4 kubmetr artıb. Belə ki, III ongünlükdə Kürdə suyun səviyyəsi saniyədə 117 kubmetr təşkil edib. Monitorinqin nəticələrinə əsasən, Kür çayında Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olub.
Ermənistanla transsərhəd olan Araz çayında suyun sərfi saniyədə 3,21 kubmetr təşkil edib. Suyun oksigen rejimi bütün məntəqələrdə 5,35-6,80 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.
Elxan SALAHOV

573