QHT Piar Qrupu növbəti treninqini keçirib - FOTO
04 oktyabr 2010 15:38 (UTC +04:00)

QHT Piar Qrupu növbəti treninqini keçirib - FOTO

Lent.az-ın məlumatına görə, treninqdə qrupun üzvləri Zülfiyyə Quiyeva (“Mərkəz”), Firdovsi Fərzəliyev (“Şərq”), Ülkər Bəkirli (“Mediaform”), Gültəkin Knyazqızı (“Azadlıq” qəzeti) və Ramiz Mikayıloğlu (Lent.az) iştirak edib.

Görüşdə ölkənin ictimai-siyasi həyatında baş verən mühüm proseslər, xüsusilə seçkilər və bu proseslər zamanı QHT ilə media arasında əlaqələrin qurulması müzakirə olunub.

Layihənin koordinatoru Səbinə Əvəzqızı ictimai-siyasi fəallıq mərhələlərində QHT-media əlaqələrinin yaxşılaşdırılmasından danışıb. O, bildirib ki, seçkilər zamanı media ilə əlaqələr mühüm əhəmiyyət kəsb edir.

Sonda QHT Piar Qrupunun üzvləri təkliflərlə çıxış ediblər.

Qeyd edək ki, layihə Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilir.

Ramiz
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 938

Oxşar yazılar