Fiziologiya və tibb sahəsi üzrə Nobel mükafatı sahibinə çatdı
04 oktyabr 2010 15:13 (UTC +04:00)

Fiziologiya və tibb sahəsi üzrə Nobel mükafatı sahibinə çatdı

Lent.az-ın verdiyi məlumata görə, mükafatı “in vitro” süni mayalanma texnologiyasını işləyib hazırlayan alim Robert Edvards qazanıb. Mükafatın məbləği 10 milyon İsveçrə kronudur (1 milyon avrodan bir az artıq).

Nobel mükafatı laureatlarının elan olunma mərasimi Stokholmdakı Karolina Universitetində keçirilib.

Qeyd edək ki, Robert Edvards bu sahə üzrə araşdırmalara 1960-cı illərdən başlayıb. 1968-ci ildə o, insanın toxum hüceyrəsini laboratoriya şəraitində mayalandıra bilib. Bir qədər sonra həmkarları ilə birlikdə uşaqlıqdan toxum hüceyrələrinin ayrılması texnologiyasını və süni mayalanmanın metodikasını təkmilləşdirib.

İlk uğurlu süni mayalanma Patrik Kristofer Steptou və Robert Edvards tərəfindən Böyük Britaniyada həyata keçirilib. Onların köməyi ilə 1978-ci il iyulun 25-də Luiz Coy Braun adlı qız dünyaya gəlib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 710

Oxşar yazılar