Müəllimlərin Batumi seminarı yekunlaşdı
04 oktyabr 2010 10:41 (UTC +04:00)

Müəllimlərin Batumi seminarı yekunlaşdı

Gürcüstanın Batumi şəhərində keçirilən “Müəllimlərin ətraf mühit üzrə regional seminarı” başa çatıb.

Təhsil Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, 4 gün davam edən seminar Norveç Təbiəti Mühafizə Cəmiyyətinin “Enerji və Resurslardan İstifadə üzrə Məktəbli Layihəsi” (SPARE) çərçivəsində baş tutub. Regional seminarda Azərbaycan tərəfindən 7 nəfərlik nümayəndə heyəti iştirak edib. Tədbirin ilk günündə SPARE proqramının Azərbaycan üzrə milli əlaqələndiricisi Nailə İsmayılova ölkəmizdə müvafiq sahədə həyata keçirilən tədbirlərə dair “Pedaqoji innovasiyalar və tətbiqi məsələlərin vəhdəti” mövzusunda təqdimat edib. Seminarın “Pedaqoji innovasiyalar: ən yaxşı nümunələr və təcrübə mübadiləsi” mövzusuna həsr olunmuş sessiyasında azərbaycanlı müəllimlər tərəfindən müxtəlif pedaqoji yanaşmalara əsasən hazırlanmış dərs nümunələri təqdim olunub.

Xatırladaq ki, Azərbaycanın 2003-cü ildən qoşulduğu və hazırda ölkəmizin 200-dən artıq məktəbini əhatə edən proqramın əsas məqsədi məktəb ictimaiyyətinə enerjiyə qənaət, resurslardan səmərəli istifadə edilməsinin zəruriliyi kimi əhəmiyyətli məsələləri aşılamaqdır. Proqramda fəal iştirak edən məktəblərdə davamlı energetika, bərpa olunan enerji mənbələri mövzuları tədris edilir, fakültativ məşğələlərdə, dərnəklərdə enerjinin səmərəliyinin artırılması istiqamətində əməli tədbirlər həyata keçirilir.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 970

Oxşar yazılar