Binəqədidə Ahıllar Günü qeyd edilib - FOTO
01 oktyabr 2010 20:39 (UTC +04:00)

Binəqədidə Ahıllar Günü qeyd edilib - FOTO

Lent.az-ın məlumatına görə, tədbiri giriş sözü ilə açan RİH başçısı Alı Qocayev bu əlamətdar gün münasibətilə tədbir iştirakçılarının timsalında bütün Binəqədinin ahıl vətəndaşlarını təbrik edib.


Lap qədim zamanlardan ağsaqqal, ahıl insanların ən hörmətli, müdrik adamlar hesab olunduğunu, onlara hamının hörmətlə yanaşdığını bildirən Alı Qocayev 1992-ci ildən BMT-nin qətnaməsi ilə 1 oktyabr tarixinin “Beynəlxalq Ahıllar günü” kimi, 1993-cü ildən isə Azərbaycanda qeyd edildiyini diqqətə çatdırıb.


Daha sonra natiq dövlət və dövlət rəhbəri tərəfindən atılan addımların, qəbul olunan qanunların, dövlət proqramlarının ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə xidmət etdiyini bildirib.


Çıxış edən ahıl rayon vətəndaşlarından Telman Hətəmov, Əmrah Əmralıyev, İman Musayev, Dilarə Cabbarova və başqaları onlara göstərilən qayğı və diqqətə görə minnətdarlıqlarını bildiriblər.
Sonda 100 nəfər ahıl vətəndaşa Rayon İcra Hakimiyyəti tərəfindən maddi yardım edilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 726

Oxşar yazılar