Ahıl təqaüdçülərin sayı açıqlandı
01 oktyabr 2010 14:11 (UTC +04:00)

Ahıl təqaüdçülərin sayı açıqlandı

Sentyabrın 30-a qədər olan statistikaya əsasən, Azərbaycanda əmək pensiyaçılarının 371 013 nəfəri ahıl vətəndaşlardır. Dövlət Sosial Müdafiə Fondu İctimaiyyətlə əlaqələr sektorundan Lent.az-a verilən məlumata görə, onların 149 035 nəfəri kişi, 221 978 nəfəri isə qadındır.


Xatırladaq ki, 1 oktyabr Beynəlxalq Ahıllar Günüdür. BMT-nin Baş Məclisi 1992-ci ildə ahılların müdafiəsi ilə bağlı qətnamə qəbul edib və həmin qətnamənin prinsiplərinə uyğun olaraq hər il oktyabr ayının 1-i bütün dünyada Beynəlxalq Ahıllar Günü kimi qeyd olunur. Azərbaycan dövləti tərəfindən ahıllara həmişə xüsusi diqqət və qayğı göstərilir. 22 iyun 2001-ci il tarixində “Ahıllara sosial xidmət haqqında” qanun imzalanıb. Qanuna əsasən, ölkədə 70 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşları, habelə Azərbaycan Respublikasında daimi yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslər ahıl hesab olunur.


Hazırda ahıl pensiyaçıların 284 min 533 nəfəri 70-80 yaş arası, 77 min 79 nəfəri 80-90 yaş arası, 9 min 401 nəfəri 90-dan artıq yaşı olan vətəndaşlardır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 875

Oxşar yazılar