32 vakant dövlət qulluğuna 631 namizəd var
01 oktyabr 2010 13:57 (UTC +04:00)

32 vakant dövlət qulluğuna 631 namizəd var

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən il 1 sentyabr tarixdən 5 dövlət orqanı üzrə müsabiqəyə çıxarılmış 32 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün sənəd qəbulu sentyabrın 30-da başa çatıb.

Komissiyadan Lent.az-a verilən məlumata görə, bu müddət ərzində 631 namizəd qeydə alınıb.

Namizədlərin 143-ü (22.66%) qadın, 488-i (77.34%) isə kişidir. Müsabiqəyə çıxarılan vakant vəzifələrdən 22-si inzibati vəzifələrin altıncı təsnifatına, 9-u inzibati vəzifələrin yeddinci təsnifatına, 1-i isə inzibati vəzifələrin doqquzuncu təsnifatına aiddir. Qeydə alınan namizədlərdən 411-i inzibati vəzifələrin altıncı, 191-i inzibati vəzifələrin yeddinci, 29-u isə inzibati vəzifələrin doqquzuncu təsnifatına aid olan vəzifələrə iddia edir.

Statistik göstəricilərə görə ən çox namizəd Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (19 yerə qarşı 351 namizəd) və Sənaye və Energetika Nazirliyi (10 yerə qarşı 192 namizəd) üzrə qeydə alınıb. Bu iki dövlət orqanı üzrə qeydə alınmış namizədlərin xüsusi çəkisi bütün namizədlərin 86.05%-ni təşkil edir.

Qeydə alınmış namizədlərin dövlət orqanları üzrə statistikasını əks etdirən cədvəl.

(Qeyd: Müsabiqə vəziyyəti dedikdə 1 vakant yerə düşən ərizələrin orta sayı nəzərdə tutulur.)

S/s

Dövlət orqanının adı

Ərizə

Vakansiya

Müsabiqə

sayı

sayı

vəziyyəti

1

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi

351

19

18.47

2

Sənaye və Energetika Nazirliyi

192

10

19.20

3

Milli Arxiv İdarəsi

54

1

54.00

4

Zaqatala  Rayon Məhkəməsi

29

1

29.00

5

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti

5

1

5.00


1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 973

Oxşar yazılar